Sosial
"Biz sizi unutmadıq - 6” - Bakıda analoqu olmayan AKSİYA - FOTO
Bu gün "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 6:00-dan başlayaraq qarşıdan gələn "8 Mart” - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının müxtəlif yerlərində "Biz sizi unutmadıq - 6” adlı aksiya keçirib.
Birlikdən Publika.az-a verilən məlumata görə, aksiya çərçivəsində "Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər. Aksiyanın əsas məqsədi "8 Mart” – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub.
Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, artıq 6 ildir "8 Mart” bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya həyata keçirilir: "Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz xanımlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk. Digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol olan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox qürurverici haldır ki, bu il "Biz sizi unutmadıq – 6” adlı aksiyamıza dəstək olaraq onlarla xeyirsevər gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşularaq öz həmrəyliklərini bildiriblər”.
Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim edilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR