Azərbaycanda adambaşına düşən xarici borcun MƏBLƏĞİ AÇIQLANDI - RƏQƏMLƏR
Bizi izləyin

Sosial

Azərbaycanda adambaşına düşən xarici borcun MƏBLƏĞİ AÇIQLANDI - RƏQƏMLƏR

Əhalinin hər nəfərinə düşən gəlir ötən il 5050.5 manat, adambaşına borc isə 949.5 ABŞ dolları təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci il hesabatında qeyd olunub.

Məlumata görə, 2017-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8.3 faiz artaraq 49162.9 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 5050.5 və ya ayda orta hesabla 420.9 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44983.3 milyon manat vəsait qalıb.

2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5.7 faiz artaraq 528.2 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 3079.2 manat, qeyri-neft sektorunda 468.3 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 396 manat, özəl müəssisələrdə isə 710.4 manat olub.

Əhalinin adambaşına düşən xarici borcu 2018-ci il yanvarın birinə 949.5 ABŞ dolları təşkil edib. 2017-ci il əzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 855.9 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirilib. Bu ödənişlərin 668.7 milyon ABŞ dolları əsas borc kimi, 187.2 milyon ABŞ dolları isə kreditlərə hesablanmış faizlərə görə ödənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm