Sosial
Türkiyə Qafqaz Turizm Sərgisində
Türkiyə Gürcüstanda keçirilən 20-ci Tiflis Beynəlxalq Qafqaz Turizm Sərgisində (Ekspo Georgia 2018) geniş heyətlə təmsil olunur.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyindən Publika.az-a verilən məlumata görə, aprelin 12-dən 14-dək davam edəcək tədbirdə Türkiyədən AYB Holidays, Nevşehir, Artvin, Trabzon mədəniyyət və təbliğat büroları, Alanya Turizm Təbliğatı Vəqfi kimi təşkilat və şirkətlər iştirak edir.
“Qonşu Gürcüstanda ölkənin turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə zəngin milli folklar nümunələri təqdim olunur. Sərgidə yeni tərtibatda hazırlanan Türkiyə pavilyonunu ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq edilir. Eyni zamanda, ziyarətçilər zərgər Feridun Pekeş, çini (dulusçuluq) ustası Sevgi Vardanlı İnal, və digər sənət ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olurlar.
Bundan başqa, sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçisi Udi Serkan Ünun ifasında hər gün canlı musiqi proqramları təqdim olunur. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirir. Hər gün qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunur”.
Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi