Sosial
Din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
Maddi dəstək alacaq din xadimlərinin siyahısı dəqiqləşdirilir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir.
M.Qurbanlı bildirib ki, Fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Onun sözlərinə görə, Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib.
Komitə sədri bildirib ki, bu, maaş kimi deyil, maddi dəstək formasında din xadimlərinə verilcək.
M.Qurbanlı qeyd edib ki, vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq: “Dəstək vəzifəyə görə dəyişəcək. Daha çox əməkhaqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də Fonddan maddi dəstək veriləcək". (trend)
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO