Bu şəxslərin maaşlarının yarısı dövlət ödəyəcək - Nazir müavini AÇIQLADI
Bizi izləyin

Sosial

Bu şəxslərin maaşlarının yarısı dövlət ödəyəcək - Nazir müavini AÇIQLADI

“Məşğulluq xidməti vasitəsilə işə qəbul edilən şəxslərin maaşlarının yarısını dövlət ödəyəcək”.

Publika.az-ın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisdə müzakirəyə təqdim edilən "Məşğulluq haqqında" qanununun layihəsinə münasibət bildirərkən deyib.

Nazir müavini bildirib ki, məşğulluq dövlətin sosial siyasətinin prioritet sahəsidir:

“Cənab Prezidentin bütün iclaslarında işsizlik məsələlərinə toxunub. Bu qanun layihəsi də məşğulluq məsələsindəki problemlərin həllinə yönəlib”.

Nazir müavini onu da vurğulayıb ki, bu qanun layihəsi yeni iş yerlərinin yaradılması, aktiv əmək bazarının tənzimlənməsinə xidmət edir:

“Bu qanunda kifayət qədər innovativ yanaşmalar var. Elektron resurslar əsasında vakansiya bankının yaradılması, işsizlərin yenidən əmək bazarına qaytarılması vacib məsələdir. Bu qanun qəbul ediləndən sonra dövlət işaxtaranı iş yerinə göndərəcəksə, bu zaman həmin şəxsin əmək haqqının yarısını dövlət qarşılayacaq. Əlbəttə, bununla bağlı bəzi şərtlər də var. Belə ki, bu halda işəgötürən işçi ilə iki ildən az müddətdə əmək müqaviləsi bağlamamalıdır. Nəticədə işçinin bir illik əmək haqqı dövlət, bir ili isə işəgötürən tərəfindən ödənilmiş olacaq. Bu qanun qəbul ediləcəksə, praktik baxımdan iş axtaranların problemlərini həll etmək imkanımız olacaq”.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm