Sosial
Mobil telefonlara görə YENİ RÜSUMLAR ÖDƏNİLƏCƏK - Qanun dəyişdi
Dövlət rüsumu haqqında qanun layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, ölkəyə daxil olan mobil cihazlar dövlət qeydiyyatına alınarkən onlara rüsum tələb ediləcək.
Publika.az xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib.
Deputat qanuna edilən dəyişikliyin əhəmiyyətindən danışıb:
“Müşahidələr göstərir ki, mobil cihaz vasitələri şəxsi istifadə adı ilə ölkəyə gətirilir, sonra ayrı-ayrı şəxslərə satılır. Bunu müvafiq qurumların illik hesabatları da təsdiq edir. Dövlət Gömrük Komitəsinin 2017-ci il hesabatına görə, ötən il ölkəyə 800 min ədədə yaxın mobil cihaz rəsmi qaydada idxal edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, 2.8 milyon mobil cihaz qeydiyyata alınıb. Bu rəqəmlər arasında fərq 3.6 dəfə çoxdur. Qeyri-rəsmi bazarın ümumi bazarda payı çoxdur. Bu sahədə tənzimlənməyə ehtiyac var. Artıq marka və modellərindən asılı olaraq idxal edilən telefonlara, habelə bu cihazları ölkəyə gətirən fiziki şəxslərə rüsum tətbiq ediləcək”.
Gülxar
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Hadisə15:20
Azərbaycanda faciəli şəkildə ölən müstəntiqin FOTOLARI
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi