DTX Suriyaya döyüşmək üçün gedən Azərbaycan vətəndaşlarının SAYINI açıqladı
Bizi izləyin

Sosial

DTX Suriyaya döyüşmək üçün gedən Azərbaycan vətəndaşlarının SAYINI açıqladı

Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən artıq olub.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

S.Mahmudov qeyd edib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub:

"Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə mənsub olan kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğat mexanizmi buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Bunların nəticəsində bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm