• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Gəncədə həlak olan polislərin anım tədbiri keçirildi

Gəncədə həlak olan polislərin anım tədbiri keçirildi

Gəncənin İmamzadə ziyarətgahında 10 iyul hadisələri zamanı həlak olan polis zabitlərinin anım mərasimi keçirilib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, din xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak edib.

Tədbirdə çıxış edən Allahşükür Paşazadə bildirib ki, Gəncə hadisələri terror aktıdır. İmam Hüseyn şəhərində belə hadisələrin baş verməsinin din xadimlərini çox məyus etdiyini söyləyən şeyxülislam olayların düşünülmüş şəkildə təşkil edildiyini və ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönəlmiş bir addım olduğunu deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıqeyd edib ki, Gəncədə baş verən terror aktının arxasında hansı qüvvələrin və dairələrin durduğu araşdırılır: “10 iyulda baş verən terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları təxirəsalınmaz tədbirlər gördülər. Terror aktını törədənlər həbs ediliblər, istintaq gedir. İlkin məlumatlar onu göstərir ki, terroru törədənlər din adı altında gizlənmiş kriminal elementlərdir. Onların arxasında duranların hazırladığı ssenarinin məqsədi bu cinayətlərlə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və müstəqilliyimizə xələl gətirmək olub. Lakin bu ssenari tam iflasa uğradı”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinləri Hacı Sabir Həsənli, Hacı Salman Musayev, QMİ sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev, Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli və digər natiqlər də Gəncədə baş verən hadisələri pisləyərək, olayların dinlə heç bir əlaqəsinin olmadığını vurğulayıblar. (apa)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR