Sosial
Bu tarixdə vəkillərin peşə bayramı günü qeyd olunacaq
Azərbaycanda 30 iyul vəkillərin peşə bayramı günü kimi qeyd olunacaq.
Bu barədə qərar bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında qəbul olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkillərin peşə bayramının təsis olunması zəruridir və bununla əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradılıb.
Komissiya tərəfindən çoxsaylı arxiv sənədləri üzərində aparılan araşdırma və təhlillər nəticəsində 30 iyul 1919-cu il tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Vəkillər Kollegiyası Rəyasət Heyətinə təklif edib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında bu barədə qərar yekdilliklə qəbul olunub. (apa)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR