Sosial
Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Türkiyədə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunan Adnan Oktarın Azərbaycanda da tərəfdarları olub. Bu şəxslər onun Azərbaycanda bir sıra fəaliyyətlərinin həyata keçirilməsinə dəstək veriblər.
İnternetdə A.Oktarın tərəfdarlarının "Sizi sevirik", "sayənizdə islamı öyrəndik", "sayənizdə Darvinizmin yanlış olduğunu öyrəndik" və s. kimi çoxsaylı fikirləri və görüntüləri yer alır.
Onlar Türkiyədə dələduzluq, təcavüz, qanunsuz silah saxlamaq kimi cinayətlərdə ittiham olunaraq həbs edilən Harun Yahya kimi tanınan Adnan Oktarın ünvanına mədhiyyələr deyir, xoş sözlər bildirirlər.
Videodan da aydın görünür ki, bu cərəyan Türkiyədə olduğu kimi, Azərbaycanda da özünə tərəfdar qazanıb. Ancaq onların sayı və cəmiyyətdəki ümumi çəkisi barədə dəqiq məlumat yoxdur.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Adnan Oktarın dini cəmiyyətinin bu qurumda qeydiyyatda olmadığını bildirirlər.
Dövlət Komitəsinin rəsmisi Cahangir Əlifzadə Adnan Oktarın Azərbaycanda kitablarının nəşr edilməsini təşkil edən, eləcə də Adnan Oktar ideyalarını yayan şəxslərin adını da açıqlayıb. O, bu kitabların Azərbaycanda nəşr edilib paylandığını, satıldığını, ancaq həmin kitabların dini yox, elmi məzmunda olduğuna diqqət çəkib.
Komitə rəsmisi Adnan Oktar camaatının sayının Azərbaycanda deyiləndən dəfələrlə az olduğunu və quruma indiyədək onların zərərli fəaliyyəti barədə məlumat və şikayətin daxil olmadığını bildirib.
Cahandar Əlifzadə onu da vurğulayır ki, Adnan Oktar tərəfdarları əsas sosial şəbəkələrdə öz fikirlərini ifadə ediblər. Burda isə indiyədək qanunsuz bir açıqlamaya və qanuna zidd əməllərə rast gəlinməyib.
Komitənin nümayəndəsi, Adnan Oktar, eləcə də din adı altında müxtəlif qanunsuz əməllərlə məşğul olan şəxslərin toruna düşməmək üçün vətəndaşları diqqətli olmağa çağırıb.
Qeyd edək ki, iyulun 11-də Türkiyə polisi Adnan Oktarı cinsi istismar, qanunsuz silah saxlamaq və digər cinayətlərdə ittiham edərək həbs edib. Harun Yahya ləqəbi ilə tanınan Adnan Oktar A9 telekanalında yayımlanan verilişlərlə öz fikirlərini yayaraq indiyədək özünə Türkiyədə və digər ölkələrdə tərəfdarlar qazanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA