Övladları tərəfindən küçəyə atılan 70 yaşlı kişi qocalar evinə yerləşdirildi - FOTO
Bizi izləyin

Sosial

Övladları tərəfindən küçəyə atılan 70 yaşlı kişi qocalar evinə yerləşdirildi - FOTO

Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videoda övladları tərəfindən küçəyə atıldığını iddia edən Sumqayıt şəhər sakini 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu Qocalar evinə yerləşdirilib.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov bildirib. Onun sözlərinə görə, 70 yaşlı kişinin qocalar evinə yerləşdirilməsi məsələsində heç bir problem yaşanmayıb:

"Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib. Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda (https://www.youtube.com/watch?v=uv8pNHTirfg) Yaşar Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub. Nazirlik əməkdaşları həmin videodan sonra Yaşar Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər”.

Nazirlik rəsmisi deyib ki, Y.Əliyev bundan sonra orada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm