Sosial
Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK-dan Publika.az-a verilən məlumata görə, S.Mehdiyev Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, "bir pəncərə" sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb. Məlumat verilib ki, idarədə yaradılan lazımi şərait nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.
DGK sədri əmin olduğunu bildirib ki, gömrük əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.
Həmin gün Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postuna gələn Səfər Mehdiyev, burada gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR