Qanuna zidd qaydada dini ayinlər icra edənlər saxlanıldı
Bizi izləyin

Sosial

Qanuna zidd qaydada dini ayinlər icra edənlər saxlanıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan əməliyyat zamanı Ağsuda qanunlara zidd ayinlərin keçirildiyi aşkarlanıb.

Publika.az xəbər verir ki, dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulmasına dair şikayət əsasında sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə araşdırma başladılıb.

Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzildə qanuna zidd qaydada dini ayinlərin icrası, eləcə də "Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm