Azərbaycanda ayı 5 min manata iş var - Video
Bizi izləyin

Sosial

Azərbaycanda ayı 5 min manata iş var - Video

Azərbaycanın əmək bazarında maaşı 2-5 min manat olan yüzlərlə iş yeri var.

Bu peşələrin əksəriyyəti İT, neft-qaz sahəsinə aid olsa da, aralarında ənənəvi peşələrə də rast gəlinir. Məsələn, hazırda Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslaşan peşəkar mütəxəssisə əvvəlkindən bir neçə dəfə yüksək maaş təklif olunur.

Bundan başqa, yüksək gəlirli olan, İKT sahəsində çalışanlar da ən çox maaş alan siyahısındadır.

Mütəxəssis Mahir Qarayev deyir ki, əmək bazarında olan bir sıra sahələrdə peşəkar kadrlara yüksək tələbat var.

Göründüyü kimi, əməkhaqqına təsir edən əsas məsələ əmək bazarındakı tələb-təklifdir. Hazırda isə iqtisadiyyatın prioritet və prespektiv vəd edən sektorlarında savadlı mütəxəssislərə ciddi ehtiyac yarandığı üçün ölkə standartlarında xeyli yüksək olan maaşlı işlərə rast gəlmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm