Pərviz Şahbazov Rusiyaya səfər etdi
Bizi izləyin

Sosial

Pərviz Şahbazov Rusiyaya səfər etdi

Energetika naziri Pərviz Şahbazov Rusiyaya səfər edib.

Publika.az xəbər veri ki, nazir Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfərə yola düşüb.

Energetika nazirinin oktyabrın 3-də “Rusiya Enerji Həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı,bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

Pərviz Şahbazov həmçinin “Simens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm