Sosial
Rusiya bazarındakı ən populyar Azərbaycan məhsulu
Rusiyada Azərbaycan aqrar sektorunun ən populyar məhsulu Bakı pomidorlarıdır.
Bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.
O.Ruhullayeva bildirib ki, “Made in Azerbaijan” brendi altında məhsula kifayət qədər tələbat olsa da, məhz Bakı pomidorları Rusiya şəhərləri və regionlarının istehlak bazarlarında daha çox satılır.
Nazir müavini qeyd edib ki, bundan başqa Azərbaycanın quru meyvələri, fındıq və nar şirələrinə böyük tələbat var:
“Rusiya Azərbaycandan məhsul idxalına görə 9-cu yerdədir. Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz məhsulları ixrac olunur. 2017-ci ildə Azərbaycandan Rusiyaya idxal 55 faiz artıb və Rusiyanın MDB-dəki tərəfdaşları arasında ən yaxşı dinamikanı nümayiş etdirib”.
O.Ruhullayeva əlavə edib ki, Rusiya bazarında rəqabətin artması şəraitində mövcud imkanlardan istifadə olunması üçün hər iki tərəfin birgə səyləri lazımdır:
““Made in Azerbaijan” brendi altında məhsulların satışı onun Rusiya bazarında tanınmasına yol açacaq və bu, tələbatda müsbət əks olunacaq. Birgə işin vacib aspekti azərbaycanlı kənd təsərrüfatı istehsalçılarının istehsalat prosesinin və hazır məhsullarının Rusiya bazarının və rusiyalı nizamlayacıların tələblərinə uyğunlaşmasıdır”.(trend.az)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi