Bakıda sinaqoq ətrafındakı söküntü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Sosial

Bakıda sinaqoq ətrafındakı söküntü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti Rəsul Rza küçəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında söküntü işləri ilə bağlı açıqlama yayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, sinaqoqa yaxın bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır. Bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alinaraq inşa olunub, ölkəmizdəki və xaricdəki Yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanıb.

Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansanblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm