Siyavuş Novruzov: “Bu addımın məqsədi şəhid ailələrini...”
Bizi izləyin

Sosial

Siyavuş Novruzov: “Bu addımın məqsədi şəhid ailələrini...”

“Azərbaycanda 60 mindən çox Qarabağ müharibəsi veteranı var. Azərbaycanda polk, diviziya olmayıb. Necə ola bilər ki, 60 mindən çox veteran olsun? Azərbaycanda ancaq batalyon olub və onun da tərkibi 200 nəfərdən ibarət olub. Ümumilikdə bizdə batalyonların sayı 30-dan çox olmayıb”.

Publika.az bildirir ki, bu fikirləri Milli Məclisdə çıxış edən deputat Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, bu məsələdə haqqı olanlar kənarda qalıb:

“Sərhəd bölgəsində yaşayan, müharibədə iştirak edən hər kəs müharibə veteranı olduğunu deyə bilər. Nazirlər Kabineti bunu nəzərə alaraq qərar qəbul edib ki, kimin problemi yaranıbsa, onunla birgə vuruşan döyüş yoldaşları və ya komandiri bunu təsdiq edən müraciət təqdim etməlidir. Yalnız bundan sonra həmin şəxslərə veteran statusu verilə bilər. Əks halda bu, mümkün olmayacaq”.

S.Novruzov şəhid ailələrinə verilən müavinət məsələsinə də toxunub. O bildirib ki, burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinədir: “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu şəxslər millətin, dövlətin şəhididir. Beş manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi baxılmamalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm