“Sofiya”nın Azərbaycana gətirilməsi üçün pul xərclənməyib - ASAN
Bizi izləyin

Sosial

“Sofiya”nın Azərbaycana gətirilməsi üçün pul xərclənməyib - ASAN

Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".

E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm