Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda ŞOK
Bizi izləyin

Sosial

Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda ŞOK

İsmayıllı rayonunun kəndlərinin birində (kəndin adı bəlli olsa da, bəzi səbəblərdən açıqlamırıq - red.) məktəb yaşlı qız qaçırılıb.

Publika.az-ın əldə etdiyi xəbərə görə, 16 yaşlı qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.

Məlumata görə, bu gün onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.

Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.

Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonunda sevdiyi oğlana qaçdığını bildirib. Oğlanın ailəsinin də bu izdivaca razı olduğunu deyib.

Sakinlər deyir ki, qızı anası bu gün nişanlanacağı oğlana məcbur verirmiş, qız buna razı deyilmiş.

Hazırda polis qızın axtarışını davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm