Gömrükdən ödənişsiz keçirilən mallarla bağlı YENİ QƏRAR: bundan sonra...
Bizi izləyin

Sosial

Gömrükdən ödənişsiz keçirilən mallarla bağlı YENİ QƏRAR: bundan sonra...

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarında dəyişikliklər edilib.

Bu barədə Baş nazir Novruz Məmmədov tərəfindən qərar imzalanıb.

Qərara görə, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm