Millət vəkili əsəbiləşdi: “Deyirlər ki, Tahir Kərimlinin...”
Bizi izləyin

Sosial

Millət vəkili əsəbiləşdi: “Deyirlər ki, Tahir Kərimlinin...”

“Milli Məclis tərəfindən “Mətbuat Şurası haqqında” qanunun qəbul olunması vacibdir. Təhqir səsləndirənlərin yeri gələndə cəzalandırılması məsələsinə baxılmalıdır. Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Biz görmürük ki, bir neçə günlüyünə də olsa, hansısa televiziya verilişi dayandırılsın. Bizdə ciddi jurnalistlər var, uzun müddət tanıdıqlarım da var. Onlar işlərinə vicdanla yanaşırlar”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycan televiziyasında parlamentin komitə sədrlərindən biri Feysbuk şəbəkəsindəki iyrəncliklərdən haqlı olaraq bəhs edib:

“Sanki bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldur. Bunlar azmış kimi, dövlətin parlamentini gözdən salırlar. Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də qanunda bu məsələyə baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Biz ailə tərbiyəsi görmüşük, 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimiz küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Prezidentin köməkçisi Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdü mənə deyirlər?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm