Parlamentdə təhsillə bağlı VACİB TƏKLİF: Repititorluq və...
Bizi izləyin

Sosial

Parlamentdə təhsillə bağlı VACİB TƏKLİF: Repititorluq və...

Dünya Bankı son açıqlamasında əhalinin təhsillə əhatələnməsinə görə region ölkələrindən iki dəfə geriyik. Bizim komitə bir neçə sanballı qanun layihəsi hazırlayıb və “Ümumi təhsil” haqqında qanun layihəsi də bunlardan biridir.

Publika.az xəbər verir ki, bu fikirləri parlamentdə “Ümumi təhsil” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Millət vəkili bildirib ki, indiyə qədər bu məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb:

“Konseptual baxımdan müzakirə edilən qanun layihəsinə səs verəcəyəm. Burada ümumi təhsilin əsas problemləri öz həllini tapmayıb. Bu gün Azərbaycanda ümumi təhsilin əsas problemi repititorluqdur. Yəqin ki, İsa müəllim də bunu bilir. Ancaq, bu problemin necə aradan qaldırılması ilə bağlı qanunda tənzimləyici mexanizm görmürük. Dəfələrlə söyləmişəm ki, təhsilin əsas problemlərdən biri repitotorluqdur. İstənilən ali məktəbə gedib auditoriyadan soruşun ki, kim repititor yanına getmədən universitetə qəbul edilib. Ola bilsin ki, cəmi bir-iki nəfər belə adam tapıla bilər. Mən açıq deyirəm ki, repititorluq valideynlərin büdcəsinə xeyli ziyan vurur. Hətta elə valideynlər var ki, uşaqlarını normal qidalandırmır, övladlarının ali təhsil alması üçün olan pulunu repitotara verir. Ona görə də, bu qanunda belə bir məsələ öz əksini tapmalıdır ki, orta məktəb müəllimlərin əmək haqqı orta aylıq əmək haqqından az olmasın. Digər tərəfdən repitetorluq dövlət tərəfindən qəbul olunursa, deməli, bu tənzimlənmir. Yox, əgər dövlət repitotrluğu qəbul etmirsə, onun aradan qaldırılması istiqamətində ciddi addımlar atmalıdır. Bu addımları atmaq hökumətin borcudur”.

Q.Həsənquliyev deyib ki, ümumi təhsilin digər problem təhsilin iki növbəli tədrisin olmasıdır. Onun sözlərinə görə, bu ciddi problemdir:

“Əslində bu dünyadan çoxdan yığışdırılıb. Bunun üçün də Azərbaycanda yeni məktəblər tikilməlidir. Məktəb tikintiləri dövlət tərəfindən vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Və bu qanunda bu öz əksini tapmalıdır. Hesab edirəm ki, bu tip məsələləri biz həll etmədən lazımi nəticələrə nail ola bilməyəcəyik”.

Deputat qeyd edib ki, alimlərin və təhsil müəssisələrinin sayına görə, Azərbaycan region dövlətlərindən geridə qalır:

“Bunun aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Bu gün Fransada etiraz edən “Sarı Gödəkçəlilərin” tələblərindən biri də ali müəssisələrə qəbulun sadələşdirilməsi ilə bağlıdır. Azərbaycanda da ali məktəblərə qəbul sadələşdirilməlidir. Və ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq aparılmalıdır. Bu, bütü dünyada belədir. Axı biz niyə bu addımı ata bilmirik, mən doğurdan da başa düşə bilmirəm. Sizi əmin edim ki, bu addımlar atılacağı təqdirdə repititorluğun da qarşısı ciddi şəkildə alınacaq. Bu fundamental məsələləri həll etməsək, nə qədər qanunlar qəbul etsək də, problemin köklü həllinə nail ola bilmərik”.

Komitə sədri Siyavuş Novruzov da təhsillə bağlı bəzi tənqidi fikirlər səsləndirib. O deyib ki, bəzən 3, 4, 5-ci sinifdə təhsil alan şagirdlərin çantalarının ağırlığı 12-13 kiloqram olur:

“Şagirdlər bu ağırlıqda çantaları apara bilmirlər. Bəzən onlara çantadaşıyan da tutmaq lazım gəlir. Hesab edirəm ki, bununla bağlı da tədbir görülməlidir”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, qanun birinci oxunuşdan müzakirəyə çıxarılıb:

“Qanun layihəsinin müzakirəsində Təhsil Nazirliyinin mütəxəssisləri də iştirak edir. Deputatlara irəli sürdüyü təkliflərə görə, təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm