Sabiq məmur 6 milyonluq məhkəmə işində dindirilməsinə AYDINLIQ GƏTİRDİ: “Bu, birbaşa..."
Bizi izləyin

Sosial

Sabiq məmur 6 milyonluq məhkəmə işində dindirilməsinə AYDINLIQ GƏTİRDİ: “Bu, birbaşa..."

Bakı şəhəri İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev məhkəmədə ifadə verməsi ilə bağlı mətbuatda yayılan informasiyalara cavab verib.

Publika.az-ın xəbərinə görə, Rasim Quliyev bildirib ki, hüquqi demokratik dövlətdə bütün problemlər hüquqi müstəvidə həllini tapmalıdır.

“Məhkəmə hüquqi dövlətin dayaqlarından biridir. Hər bir vətəndaşın və məmurun borcu hüquqi dövlətin önəmli qurumlarından biri olan məhkəmənin suallarını cavablandırmaqdır. Mən çalışdığım zamanda da şahid qismində məhkəmənin suallarını cavablandırmaqdan heç vaxt çəkinməmişəm və bir vətəndaş olaraq da lazım gəldiyi zaman, indi də məhkəmənin istənilən suallarını cavablandırmağa hazıram. Haqqında sözü gedən məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, bu, birbaşa bizə aid olmayan məsələ idi və məhkəməni maraqlandıran suallar aydınlaşdırıldı”, - deyə sabiq aparat rəhbəri qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm