GMO məhsullar Azərbaycana HARADAN GƏTİRİLİR?
Bizi izləyin

Sosial

GMO məhsullar Azərbaycana HARADAN GƏTİRİLİR?

Genetik modifikasiya olunmuş (GMO) məhsullarla mübarizə daha da gücləndirilməlidir və ölkədə mövcud qanunvericiliyə uyğun olaraq aparılmalıdır.

Publika.az xəbər verir ki, bunu Trend-ə Azad İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, ölkədə GMO məhsullarını qadağan edən hüquqi sənədlərin qəbul olunmasına baxmayaraq, bu cür məhsullar hələ də bazarda mövcuddur:

"Bu, GMO məhsullarını müdafiə edən çoxsaylı ekspertlərin sayəsindədir. Bu məhsullar əsasən Türkiyə, İran və digər ölkələrdən tədarük olunur. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələnin həll olunması üçün zəruri addımlar atmalıdır. "Ekoloji təmiz kənd təsərrüfatı barədə" qanunda GMO məhsullar ekoloji təmiz olmayan məhsul kimi qəbul edilib, ona görə də bu məhsullar yerli bazarda mövcud olmamalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm