Nazir qadınlarla görüşdü
Bizi izləyin

Sosial

Nazir qadınlarla görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə özünüməşğulluq proqramı çərçivəsində uğurlu şəkildə öz biznesini qurmuş bir neçə qadınla görüşüb.

ƏƏSMN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Solmaz Şirəliyeva, Arzu Çapkın və Məlahət Əliyeva ilə onlara məxsus istehsal və xidmət sahələrində keçirilən görüşdə Sahil Babayev nazirlik adından onları təbrik edib, xoş arzularını çatdırıb. Xanımlara gül və hədiyyələr təqdim edilib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının mühüm bir hissəsinin qadınlar olduğunu deyib. O bildirib ki, 2018-ci ildə 7267 nəfər proqram iştirakçısından 1309 nəfərini qadınlar təşkil edib. Cari ildə bu göstərici daha da artacaq. Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb.

S.Babayev diqqətə çatdırıb ki, proqram iştirakçılarının verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik biznes sahələrini yaratmaları, gəlirlərini artırmaq imkanlarına yiyələnmələri bu proqrama müraciətlərin, o cümlədən qadınlar tərəfindən marağın dəfələrlə artmasına səbəb olub. Təbii ki, buna uyğun olaraq özünüməşğulluq proqramı iştirakçılarının, həmçinin proqrama cəlb olunan qadınların sayı da getdikcə artacaq.

S.Şirəliyeva, A.Çapkın və M.Əliyeva öz biznes sahələrini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən böyük dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində xanımlara məxsus istehsal və xidmət sahələrinə baxış da olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm