Sosial
Bu marşrut avtobuslarının hərəkəti dəyişdi
Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, dəyişikliyə əsasən martın 16-dan 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi
olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin
və piyadaların rahat hərəkətinin təşkili üzrə işlər Bakı Nəqliyyat
Agentliyi tərəfindən həyata keçirilib. Kompleksin ərazisində
piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və
təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir
şəhərsalma prinsiplərinə uyğun təmin edilib.
Tikinti obyektlərinin layihələndirilməsi zamanı nəqliyyat
məsələlərinin düzgün təşkilinin zəruliliyini nəzərə alaraq Bakı
Nəqliyyat Agentliyi əməkdaşlığa hazır olduğunu bəyan edir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR