Azərbaycanda yeni yaşayış massivləri salınacaq - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda yeni yaşayış massivləri salınacaq - VİDEO

Tovuzda şəhərcik tipli yeni yaşayış binaları tikiləcək. Yaşıllıqlar salınıb, yeni məktəb binaları inşa olunacaq.

Publika.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bu yeniliklər Nazirlər Kabinetinin Tovuz rayonu üçün təsdiq etdiyi baş planda əksini tapıb. Rayonda yeddi ədəd beşmərtəbəli yaşayış binası və məktəb də tikiləcək. Şəhərin baş planında nəzərdə tutulan tikinti işləri regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçiriləcək.

Bir sıra sənaye müəssisələrinin də tikiləcəyi rayonda əsaslı yenidənqurma, abadlaşdırma və müasirləşdirmə işləri də görüləcək.

Günün tələblərinə cavab vermədiyi üçün yenidən işlənməsinə başlanan Göygöl şəhərinin də baş planı artıq hazırdır. İşlənilən sənəd yaxın günlərdə rayon İcra Hakimiyyətinə təqdim olunacaq.

Yeni baş plana əsasən, rayon mərkəzi bundan sonra cənub və şərq istiqamətində genişlənəcək. Həmin ərazilərdə isə məhəllələrdə küçələr və parklar salınacaq, çoxmərtəbəli binalar tikiləcək. İndiyədək aparılan tikinti-quruculuq işləri zamanı əsas götürülən 1984-cü ildə hazırlanan baş plan isə qüvvədən düşmüş hesab ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm