"Space" barəsindəki protokol məhkəmədə araşdırılacaq - VAXT TƏYİN EDİLDİ
Bizi izləyin

Sosial

"Space" barəsindəki protokol məhkəmədə araşdırılacaq - VAXT TƏYİN EDİLDİ

Milli Teleradio Şurasının “Space” telekanalı barəsində tərtib etdiyi protocol məhkəmə icraatına götürülüb.

Publika.az xəbər verir ki, Yasamal rayon Məhkəməsinə daxil olan müraciətə aprelin 24-də saat 16:10-da hakim Günel Əkbərli tərəfindən baxılacaq.

Qeyd edək ki, MTRŞ “Space” müstəqil teleradio şirkəti MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 384.2.1-ci maddəsi (İnformasiyadan Istifadə Edilməsi, Onun Yayilmasi Və Mühafizəsi Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) əsasında protokol tərtib edib.

Ptorokolun tərtib edilməsinə səhər verilişində müğənni Rüfət Axundov və Rəşad İlyasov tərəfindən işlədilən söyüşlərin efirə verilməsi səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm