Quba-Xınalıq yolunda hərəkət bərpa edildi - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Quba-Xınalıq yolunda hərəkət bərpa edildi - YENİLƏNDİ

Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib.

Bu barədə "Report"a 5 saylı Quba Yol İstismarı İdarəsinin sahə rəisi Əliqulu Orucov məlumat verib.

Onun sözlərinə görə, 5 ekskavator və 2 buldozerin köməkliyi ilə yol açılıb, gediş-gəliş təmin olunub.

***

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm