Azərbaycanda “Creative Business Cup” adlı startap proqramının finalı keçirilir
Bizi izləyin

Sosial

Azərbaycanda “Creative Business Cup” adlı startap proqramının finalı keçirilir

Yaradıcı Sənayelər üzrə “Creative Business Cup” müsabiqəsində Azərbaycanı Danimarkada Dünya Finalında təmsil edəcək startap 17 Apreldə seçiləcək!

Tədbir saat 9:00-da Azərbaycan-Fransız Universiteti (UFAZ) - da başlayacaqdır. Ünvan: Nizami küç., 183, Bakı, Azərbaycan

Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019 startap proqramının Azərbaycan Finalı 17 Aprel tarixində baş tutacaq!

Proqrama qəbul olunmuş 19 startap komandası “Creative Business Cup Azerbaijan” Finalında Azərbaycanı 2019-cu il İyun və İyul aylarında, Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Creative Business Cup – ın Dünya Finalında təmsil etmək şansını qazanmaq üçün mübarizə aparacaqlar!

Proqrama aşağıdakı sahələr üzrə 168 müraciət olmuşdur və 19 startap proqrama qəbul olunmuşdur.

Memarlıq, Musiqi, Moda, Film, Video & Fotoqrafiya, İdman, Kompüter Oyunları və Elektronika, Oyuncaqlar və Oyunlar, 3D Çap, Proqram təminatı, Sənətkarlıq və Sənətkarlar, Antik Bazarlar, Dizayn, Təcrübə Texnologiyaları, Reklam, Gastronomi, Boş Zaman fəaliyyətləri, Teatr, Rəssamlıq və İncəsənət, Radio və Televiziya, Yaradıcı Sənayelər üzrə Nəşriyyat.

"Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir. Azərbaycan üzrə bu ilki nəticələrə görə, proqrama 168 müraciət arasından 19 startap seçilmiş və CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak ediblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarından keçmiş və burada ekspertlər tərəfindən “Creative Business Cup” - ın müəyyən etdiyi vacib biznes konseptlər üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayaraq özlərini ölkə finalına hazırlayıblar.

17 aprel tarixində baş tutacaq Azərbaycan Finalında komandalar münsiflər qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 70+ ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası 2019 - cu ilin İyun və İyul aylarında Danimarkanın, Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqdır.

"Dünya Finalı" – Kopenhagen, Danimarka, 29-30 iyun, 2019 (Dünya Finalistləri üçün Kamp), 1-2 iyul, 2019 (Dünya Finalı)

Hər bir ölkənin qalib startap komandası Dünya Finalında bir yerə toplanacaq və Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Dünya Finalında dünyanın 70-dən çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda qalib startapımız ölkəmizin uğuru üçün yarışacaq.

CBC Azərbaycan Finalının mükafatları:

  • Birinci yerin qalibi: Dünya Finalında iştirak üçün bütün xərclərin sponsorluğu,
  • İkinci yer, üçüncü yer və ən bəyənilən qadın sahibkar (startapçı) nominasiyalarının qalibləri CBC Azərbaycan sponsoru tərəfindən dəyərli hədiyyələr.

CBC Qlobal Finalının mükafatları:

  • Birinci yer: 7,000 avro,
  • İkinci yer: 3,500 avro,
  • Üçüncü yer: 1,500 avro.
  • Əlavə olaraq 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro).

Son müraciət tarixi: 5 Mart, 2019

Sil. innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bir daha qeyd edək ki, “Creative Business Cup” 2019 proqramı Azərbaycanda “Sil.” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı və Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirilir.

Proqramın digər tərəfdaşları Shamans kreativ agentliyi, Avrora MMC, Bizon enerji içkiləri, Çinarlı suları və Buket.al startapıdır. Proqramın Media tərəfdaşları Technote Media, Edumap və REAL TV təşkilatlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm