Bakıda yeraltı yol ötürücüsü tikilir - VİDEO
Bizi izləyin

Sosial

Bakıda yeraltı yol ötürücüsü tikilir - VİDEO

Bakıda daha bir yolda sürücülərin işi asanlaşır.

"Xəzər Xəbər"in məlumatına görə, söhbət Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən Keşlə dəmiryolu stansiyası istiqamətinə gedən yoldan gedir.

Dəmiryolu keçidində qatarın və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, tikinti ilə əlaqədar yolda sürücülərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Əvvəllər qatarlar həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürücülər qatarın getməsini gözləməklə bir müddət vaxt itirməli olurdu. Bununla yanaşı, piyadaların da dəmiryolu xəttini keçməsi təhlükə yaradırdı. Ancaq yeni tunelin tikintisindən sonra bu kimi problemlər yaşanmayacaq.

Ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkətinin 3 ay müddətinə məhdudlaşdırılması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm