Sosial
Afaq Bəşirqızından məmurlara ÇAĞIRIŞ: "Vaxt olacaq..."
Xalq artisti Afaq Bəşirqızı mədəniyyət və incəsənət nümayəndələrinə dəyər verilməməsindən gileylənib.
Bu barədə musavat.com-un əməkdaşına danışan Xalq artisti məmurlara çağırış da edib: “Sənətkarların qədri bilinməlidir. Xalq öz sənətkarını sevir, dəyərləndirir. Amma cənab məmurlar, siz də ayılın. Hər şeyi biz prezidentə deyə bilmirik. Vaxt olacaq and içəcəklər ki, siz o kresloda oturmusuz, heç kəs inanmayacaq. Amma sənətkar həmişə yaddaşlarda qalır”.
Xatırladaq ki, iki ay öncə, mart ayının əvvəlində ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb, onları dinləmişdi.
Görüşdə xalq artisti Afaq Bəşirqızı teatr və aktyorların maddi durumu ilə bağlı müraciət etmişdi. Bundan dərhal sonra prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatra və Dövlət Rus Dram Teatrına akademik statusu verildi.
Həmçinin prezidentin digər sərəncamı ilə bu il martın 1-dən etibarən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 50 faiz artırıldı.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO