Sosial
Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə YENİ QAYDADA veriləcək
Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə vərəqələri, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin daha qısa zaman ərzində alınması mümkün olacaq.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Yeni dəyişikliklərdə həmin sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib.
Qanunun hazırkı variantına görə, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri 20 gün, daimi yaşamaq üçün 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi 20 gün müddətində verilir.
Qanun layihəsi daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətdə verilməsi imkanını nəzərdə tutur.
Belə ki, layihədə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 gün, daimi yaşamaq üçün 35, 40, 50 və 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın 1 və 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15 və 20 gün müddətində verilməsi təklif edilir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO