Azərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTO
Bizi izləyin

Sosial

Azərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTO

Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan, Canadore və Pharma-Medical Science College of Canada kolleclərində Məktəbəqədər Tərbiyə müəllim və müəllim köməkçilərinə ümumi fənlərdən mühazirələr oxuyan Yeganə Cəfərova Toronto şəhərində “ilin ən yaxşı müəllimi”adına layiq görülüb.

Publika.az-a bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Yeganə Cəfərova hər il olduğu kimi bu il də onun üçün çox yaddaqalan tədris ili olduğunu qeyd edib. “İşlədiyim Pharma-Medical Science College of Canada kollecində Hər ilin iyul ayında məzun günü keçirilir. Bu ilin məzun günü 2019-cu il 13 iyul tarixində keçirildi. "İlin ən yaxşı Müəllimi" adına layiq görünənlər arasında mənim də adım vardı. Artıq üçüncü dəfədir ki, mən bu ada layıq görülürəm. 2017-ci ildə Kanadanın Ontario əyalətində 500-dən çox kolleci birləşdirən Ontario Kolleclər Assosasiyası tərəfindən, 2018 və 2019-cu illərdə isə çalışdığım Pharma-Medical Science College of Canada Kolleci tərəfindən “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşəm. Bu mənim gərgin əməyimin, tələbələrimə verdiyim yüksək biliyin və təcürbə sahəsindəcə işlə təmin olunmalarının nəticəsidir”, - deyə Yeganə Cəfərova bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm