Azərbaycanda bu qurumda çalışanların maaşı artırıldı - 960 MANATADƏK
Bizi izləyin

Sosial

Azərbaycanda bu qurumda çalışanların maaşı artırıldı - 960 MANATADƏK

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra №-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

1.

Baş direktor, direktor

960

2.

Baş direktorun birinci müavini

865

3.

Baş direktorun müavini, direktorun müavini

770

4.

Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib

650

5.

Bölmə rəisi

610

6.

Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi

570

7.

Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis

515

8.

Mütəxəssis

460

9.

Avtomobil sürücüsü

320

10.

Kompüter operatoru, inspektor, xəzinədar

295

11.

Gözətçi, xadimə

260

Oxumağa davam et
Reklam
Reklam

Gündəm