Sosial
FHN mülki müdafiə məşqi keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin Mülki müdafiə idarəsi avqustun 23-də Bərdə rayon subartezian quyularının istismarı idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib.
FHN-dən Publika.az-a bildiriblər ki, iki mərhələdən ibarət məşqə nazirliyin Qarabağ Regional Mərkəzinin və Bərdə rayon subartezian quyularının istismarı idarəsinin rəhbər heyəti, müəssisənin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb edilib.
Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb. Müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumat çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.
Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə və düzgün qərarlar qəbul etmək bacarığı, eyni zamanda, mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayiş olunub. Baş vermiş şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub.
-
Sosial16:16
“Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə