Sosial
Bakı polisi sosial maarifləndirici qısametrajlı film təqdim etdi - VİDEO
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) "Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?" adlı sosial maarifləndirici qısametrajlı film təqdim edib.
İdarədən Publika.az-a bildirilib ki, Bakıda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur.
Bakı polisi viktimoloji vəziyyəti nəzərə alaraq sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edib və “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyib.
Qeyd olunub ki, hər bir insan diqqətli və məsuliyyətli olmalı və əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında hazırlanan qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR