Sosial
Nazirlikdən azyaşlılarla bağlı əhaliyə VACİB MÜRACİƏT - VİDEO
Son dövrlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan əməliyyat məlumatlarının sayında artım müşahidə edilir.
Publika.az xəbər verir ki, bu barədə Fövqəldə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, cari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.
Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü