Xırdalanda bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırıldı
Bizi izləyin

Sosial

Xırdalanda bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırıldı

Abşeron rayonunun Xırdalan şəhərində bəzi ərazilər işıqsız qalıb.

Xırdalanda tikilən yarımstansiya ilə əlaqədar Abşeron rayonu və şəhərin bir hissəsində, xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiqləyib. Onun sözlərinə görə, yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir:

"Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm