Müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala biləcək - RƏSMİ
Bizi izləyin

Sosial

Müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala biləcək - RƏSMİ

İslahatlar çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı deyib.

O bildirib ki, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır: “Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır. Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra məlumat veriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm