Sosial
Yanvarın 1-dən icazə verilməyəcək... - Sahibkarlara XƏBƏRDARLIQ
Növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkiləri soyuq zəncirə daxil ediləcək və onların 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcək.
Publika.az xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla keçirlən görüşdə deyib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçib. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunub.
Sözügedən qaydalara əsasən, ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qayadalara uyğun olaraq öz fəaliyyətlərini 2020 - ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.
Enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən E.Mikayılov deyib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq