Siyavuş Novruzov telekanalları tənqid etdi: “Bir çoxlarının beynində...”
Bizi izləyin

Sosial

Siyavuş Novruzov telekanalları tənqid etdi: “Bir çoxlarının beynində...”

Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.

Publika.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Siyavuş Novruzov bildirib. Hakim partiyanın təmsilçisi televiziya kanallarını yayımladıqları seriallara görrə də tənqid edib: “Bəzi verilişlərdə zorakılıq təbliğ olunur. Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər. Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa. Televizyialarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynində sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kimisə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm