Hökməli sakinlərinin işığı niyə tez-tez sönür? - ŞİKAYƏT
Bizi izləyin

Sosial

Hökməli sakinlərinin işığı niyə tez-tez sönür? - ŞİKAYƏT

Abşeron rayon Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu 19-cu km yaşayış massivinin sakinləri elektrik enerjisinin təminatındakı problemdən şikayətçidir.

Publika.az
xəbər verir ki, sakinlər iki il öncə avqust ayında elektrik xətlərinin dəyişdirilərək izolasiyalı elektrik xəttləri ilə əvəz edildiyini və bütün transformatorların yeniləndiyini bildirib.



Lakin 2018-ci ilin oktyabr ayından etibarən elektrik enerjisi təminatında problem qalmaqdadır. Qəsəbə sakinləri qış aylarında həftə ərzində 3-4 dəfə işıqlarının söndüyünü, elektron ünvanlara yazılan şikayətlərin cavabsız qaldığını deyirlər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ilə əlaqə saxladıq.



O bildirdi ki, problemdən xəbərləri var və həlli istiqamətində bütün real işlər həyata keçirilir: “Həmin ərazidə bütün işıq xəttlərinin altında evlər tikilib, artıq yer yoxdur. Biz dekabr ayının 5-dən məlum ərazidə təmir işləri aparırıq. Vətəndaşlar üzərimizə bel vasitəsilə hücum çəkib, əməkdaşlarımıza xəsarət yetirməyə çalışırlar. Bizim elə xəttlərimiz var ki, hasara alıblar, dəyişdirə bilmirik. Yüksək gərginlikli xəttlərin altında ev tikəndə bu problemlər təbii ki, meydana çıxacaq. Hazırda həmin ərazidə xəttlərimizi zəbt edən evlərdə yaranan problemlər və xəttlərin dəyişdirilməsi prosesi həyata keçirilir. Orada ay yarımdır yenidən qurma işləri aparırıq. Bu həftənin sonuna kimi işlər tam yekunlaşacaq və məsələ öz həllini tapacaq”.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm