Sosial
Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTO
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 24-də ikinci görüşünü Füzuli rayonunun Yağlıvənd kəndində keçirib.
Publika.az xəbər verir ki, görüşdə iştirak edən kənd sakinləri Vüqar Bayramova böyük etimad və ümid bəslədiklərini, ona səs verəcəklərini bildiriblər: “Siz, biz füzulilərin qürurusunuz. Fəaliyyətinizi daim izləyirik, problemlərimizə necə həssaslıqla yanaşdığınızı görürük. İnanırıq ki, millət vəkili seçildikdən sonra da bu mövqeyinizi qoruyaraq daim yanımızda olacaqsınız”.
Göstərdikləri dəstəyə görə həmyerlilərinə təşəkkür edən Vüqar Bayramov onların etimadlarına layiq olacağını bildirib: “Millət vəkili sizin səslərinizlə parlamentə seçilir. Ona görə də özündə məsuliyyət hiss etməli, seçicilərinin güvənini itirməməlidir. Mənim fəaliyyət planımın əsasını məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər təşkil edir. Etimadınız mənə xalqımıza daha məhsuldar xidmət etməyə əlavə stimul verəcək”.
Görüşün sonunda görüşdə iştirak edən kənd ağsaqqalları Vüqar Bayramova öz xeyir-dualarını ediblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu