Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu
Bizi izləyin

Sosial

Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub.

Bu barədə REAL-a diaspor nümayəndəsi özü məlumat verib.

Rövşən Tağıyevin sözlərinə görə, o özündə koronavirusun simptomlarını müşahidə etdiyi üçün xüsusi xəstəxanaların birində koronavirusla bağlı analiz verib və evə qayıdıb.

Diaspor təşkilatının sədri qeyd etdi ki, o, evdə müalicə alır və özünütəcrid qaydalarına əməl edir.

Rövşən Tağıyev əhalidən xüsusi karantin rejiminin qaydalarına əməl etməyi tövsiyə etdi. O insanları evdən çölə çıxmamağa çağırdı.

Qeyd edək ki, Rövşən Tağıyev özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi pozitiv çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm