“Mall”ar nə vaxt açılacaq?
Bizi izləyin

Sosial

“Mall”ar nə vaxt açılacaq?

Kənd Təsərrüfatı ilə məşğul olan şəxslərin ölkə ərazisində hərəkətinə icazə verilib.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O əlavə edib ki, qeydiyyatdan keçən, xüsusi fəaliyyət sahələrində işləyənlər ölkə ərazisində sərbəst hərəkət edə bilərlər: "Eyni zamanda, yalnız yaxın qohumun dəfn mərasiminə gedənlərə bu icazə verilir".

İ.Məmmədov qeyd edib ki, növbəti yumşalma mərhələsində "Mallar"ın, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq: "İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır".

O vurğulayıb ki, hazırda ehtiyatda 6 milyon maska var: "Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm