Sosial
“Yol Polisinə dəstək” qrupları yaradılacaq
Azərbaycanda “Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda (konsert-sərgi salonları, idman yarışlarının keçirildiyi arenalar, kinoteatr şəbəkələri, kitabxanalar, iri istehsal və iaşə müəssisələri və s.) yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Bununla bağlı icraçı qurumlar olaraq Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası müəyyənləşib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq






























