Sosial
Şəhid qızı BMT binası qarşısında bəyanat verdi - FOTO
Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada çıxış edən F.Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.
Milli Qəhrəmanın qızı bildirib ki, məhz Ermənistanın işğalı, təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşaqlardan biri kimi o da 90-cı illərin əvvəlində atasını itirib: "30 ildir ki hələ də Ermənistan işğalı davam etdirir və hələ də vaxtaşırı azərbaycanlı uşaqları məni kimi atasız qoyur. Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 28 ildir qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir.
Biz azərbaycanlılar BMT kimi nüfuzlu bir təşkilatı bu özbaşınalığın qarşısını almağa, işğal faktına, bu təxribatlara nəhayət son qoyulmasında qəti addımlar atmağa çağırırıq".
Soydaşlarımızın keçirdiyi aksiyanın bəyanatı ofisə təqdim olunub.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı