"Xəzər" TV-nin əməkdaşı koronavirusa yoluxdu
Bizi izləyin

Sosial

"Xəzər" TV-nin əməkdaşı koronavirusa yoluxdu

"Xəzər" televiziyasında sürücü kimi çalışan Turan Ələkbərov koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, T.Ələkbərovun testinin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müalicə alır.

Qeyd edək ki, Televiziyanın daha iki əməkdaşı bir müddət öncə koronavirusa yoluxub. Onlardan biri Xəbərlər departamentinin müxbiri Aynur İsgəndərova, digəri isə sürücü Elməddin Muxtarovdur. A.İsgəndərova ev şəraitində, E.Muxtarov isə xəstəxanada müalicə alır. Bildirilib ki, televiziyada 3 nəfər koronavirusa yoluxsa da, dezinfeksiya işləri aparılmayıb, işçilərin kütləvi tibbi testdən keçirilməsi təmin edilməyib. / "Pravda"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm